Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadın Qarazəncir kəndində şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

02 dekabr 2021 | 16:00

Cəlilabad rayonunun Qarazəncir kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Araz Cəfərovun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimi dekabrın 2-də Arazın dəfn olunduğu günün ildönümündə keçirilib. Mərasimdə rayon rəhbərləri, şəhid ailələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.Bulağın açılış mərasimində şəhid Araz Cəfərovun ömür yolu barədə xatirələr bölüşülüb. Çıxış edənlər, həmçinin ötən il sentyabrın 27-də başlayan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıblar.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmət edib. Araz Cəfərov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub, bir sıra əməliyyatlarda iştirak edib. Araz dəfələrlə ağır döyüşlərdə şəxsi fədakarlıqlar göstərərək cəsurluğu ilə seçilib. O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Araz Cəfərovun nəşi 1 ay sonra tapılaraq Cəlilabad rayonuna gətirilib və doğulduğu kənd qəbiristanlığında dəfn edilib. Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”  və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, şəhidimiz ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər