Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov şəhid ailələrinə baş çəkib

11 dekabr 2021 | 16:00

Vətən müharibəsinin qazi və şəhid ailələrinə dəstək olmaq məqsədilə Cəlilabad Rayon Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Maarif Səfərov və Tofiq Ağaquliyevin ailəsini ziyarət edib. Rafiq Cəlilov şəhid yaxınları ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıb. RİH başçısı qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə igidlərimiz Qarabağda tarixi qələbə qazandılar, indi biz şəhid ailələri və qazilərimizə hər cür mənəvi və maddi dəstək göstərməliyik. Rafiq Cəlilov bildirdi ki, Cəlilabad rayonundan olan qazi və şəhid ailələri dövlət tərəfindən xüsusi diqqətlə əhatə olunur və bundan sonrada olunacaq. Şəhid ailəsinin üzvləri onlara verilən bu yüksək dəyərdən məmnun qaldıqlarını ifadə ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər