Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov “Woodpecker” mebel fabrikinin iş fəaliyyəti ilə tanış olmuşdur

15 dekabr 2021 | 16:00

  Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni-yeni sənaye və emal müəssisələri yaradılır. Görülən bu işlər nəticəsində qeyri-neft sektorunun çəkisi və rolu son illərdə daha da artıb, yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər müasir sənaye sahələri yaradılıb. Cəlilabad rayonunda “Woodpecker ” mebel fabrikinin yaradılması bunu bir daha təsdiqləyir.

  Dövlət başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə yeni istehsal sahələrinin yaradılması ümumilikdə Azərbaycanın ixrac potensialına da müsbət təsir edir. Bu cür müəssisələrin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir, daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır.

  “Woodpecker ” mebel fabrikinin rəhbəri Əliyar Əliyev RİH başçısına fabrik barədə məlumat vermişdir. Rafiq Cəlilov mebel fabrikində istehsal olunmuş məhsullarına baxmış, müəssisənin yeni layihələri və iş fəaliyyəti ilə tanış olmuşdur.“Woodpecker ” mebel fabriki 2007-ci il tarixdən fəaliyyətə başlamışdır. Respublikanın hər yerində 700-dən çox insanla çalışan “Woodpecker” mebel mağazalar şəbəkəsi daha çox insanı “Woodpecker” adı altında cəmləməyi hədəfləmişdir.Mərkəzi ofisin yerləşdiyi “Woodpecker” mebel fabrikində 450-dən çox işçi çalışır, əməkdaşların 80%-ni qadınlar təşkil edir. 2007-ci ildən bəri minlərlə müştərinin rəğbətini qazanmış şirkət hazırda 500-dən çox məhsul çeşidi ilə xalqın xidmətindədir. Bu gün şirkət orta gəlirli, həmçinin kiçik və orta bizneslə məşğul olan istehlakçılar üçün nəzərdə tutulmuş korpus və yumşaq mebelini istehsal edir.Şirkət öz çeşidlərini daim yeniləyərək və təkmilləşdirərək, qonaq otaqları, yataq otaqları, dəhlizlər, gənclər, mətbəxlər, ofis mebeli, mehmanxanalar üçün mebellərin istehsalını həyata keçirir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər