Rafiq Cəlilov Cəlilabad şəhər 10 saylı körpələr evi-uşaq bağçasında keçirilən yeni il şənliyində iştirak edib
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəlilabad şəhər 10 saylı körpələr evi-uşaq bağçasında bayram şənliyi keçirilib. Bayram şənliyi Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb. Rafiq Cəlilov bayram şənliyində çıxış edərək uşaqlara ən xoş təbriklərini çatdırıb. RİH başçısı qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün isə respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.