Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ədalət Hüseynlinin xatirəsi ehtiramla anıldı

21 dekabr 2021 | 16:00

21 dekabr 2021-ci il tarixdə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan şəhid Hüseynli Ədalət Səadət oğlunun xatirəsi ehtiramla anılıb. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatı Malik Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri  və ictimaiyyət nümayəndələri şəhidlərimizin il mərasimlərində iştirak etmişlər. Mərasimlərdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Hüseynli Ədalət Səadət oğlu 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olub. 2000-2010-cu illərdə Cəngan kənd tam orta məktəbində təhsil alıb. 2010-2011-ci illərdə N saylı hərbi hissədə xidmət edib. 29 sentyabr 2020-ci ildə Vətən muharibəsinə könüllü olaraq qatılıb. İki dəfə yüngül yaralansa da, yenə döyüşlərə qatılıb. 8 noyabr 2020-ci il tarixində Qubadlıda yaralı yoldaşını çıxararkən ağır yaralanıb. 4 dəfə əməliyyat keçirməsinə baxmayaraq, 21 dekabr 2020-ci ildə da şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamlarına əsasən, Ədalət Hüseynli "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər