Cəlilabadın Təzəkənd kəndinin elektrik şəbəkəsi tam yenilənir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstəriş və tapşırıqlarına əsasən ölkənin müxtəlif ərazilərində yerləşən yaşayış məntəqələrində ötən əsrin 60-cı illərindən qalan köhnəlmiş şəbəkələrin yenilənməsi istiqamətində işlər sürətlə davam etdirilir. Cəlilabad rayonunda da istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər görülür. Cəlilabadın Təzəkənd kəndinin elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. Elə bu səbəbdən “Azərişıq” ASC tərəfindən Təzəkənd kəndinin də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri çərçivəsində Təzəkənd kəndinin elektrik şəbəkəsi tam yenilənəcək. Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təzəkənd kəndində olmuşdur. Aparılan işlərlə tanış olan RİH başçısı “Azərişıq” ASC-nin rəhbər şəxsləri və işlərinin icrasını həyata keçirən şirkət nümayəndləri ilə görüşmüş, görülən işlərlə bağlı müzakirələr aparmışdır.