Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Cəlilabad şəhərinin Qazan köşkü küçəsində aparılan qazlaşma işləri ilə tanış olub

05 yanvar 2022 | 16:00

Dövlət başçısının göstərişinə uyğun olaraq, “Azəriqaz”İstehsalat Birliyi tərəfindən ölkənin yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, təbii qazın bərpası, qaz kəmərlərinin, avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür və qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi tədbirləri uğurla davam etdirilir. Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhərinin Qazan köşkü küçəsində aparılan qazlaşma işləri ilə tanış olub, işlərinin icrasını həyata  keçirən nümayəndələr ilə görüşmüş, görülən işlərlə bağlı müzakirələr aparmış və müvafiq tapşırıqlar vermişdir. Ümumilikdə 84 abonentin olduğu ərazinin qazlaşdırılması üçün 3367 metrə yaxın müxtəlif diametrli qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulmuşdur.  Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaqdır.

 

 

 

 

 

Keçidlər