Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov kartof əkini aparılan sahələrdə olub

11 yanvar 2022 | 16:00

On gündür Cəlilabad rayonunda yazlıq kartof əkininə başlanılıb. Havaların mülayim keçməsi əkin prosesi üçün əlverişli şərait yaradıb.Bu il rayonda 5 min 400 hektar sahədə kartof əkini nəzərdə tutulub. İlkin mərhələdə kartof əkini polietilen örtüyü altında həyata keçirilir.Hər il olduğu kimi, bu il də rayona toxumluq kartof Rusiyadan gətirilib. Məhsul istehsalçılarının fikrinə görə, Rusiyadan gətirilən toxumlar daha tez yetişir, məhsuldarlıq isə yüksək olur.Aprel ayının ikinci ongünlüyündən başlayaraq rayonda faraş kartofun yığımına başlanılacaq.Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 5320 hektar sahədən 140 min 660 ton kartof istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 264 sentner təşkil edib. Rayonda tədarük edilən kartofun 43 min 820 tonu xarici ölkələrə ixrac olunub.Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov rayonun Maşlıq kəndində kartof əkini aparılan sahədə olub, burada çalışan vətəndaşlarla görüşüblər. RİH başçısı əkilən kartofun məhsuldarlığı və keyfiyyəti ilə maraqlanıb.

 

 

 

 

 

 

 

Keçidlər