Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov şəhid Rəşad Quliyevin ailəsinə baş çəkib

18 yanvar 2022 | 16:00

Şəhid ailələrinə dəstək olmaq məqsədilə Cəlilabad Rayon Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Rəşad Quliyevin ailəsini ziyarət edib. Rafiq Cəlilov şəhidin valideynləri ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıb. Görüşdə RİH başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad edərək xalqımıza tarixi Qələbə bəxş etməsinə diqqət çəkib. Bildirilib ki, məhz qəhrəmanlarımızın şücaəti nəticəsində 30 illik düşmən işğalına son qoyulub. Görüşün sonunda şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Rəşad Quliyev 5 iyul 1988-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 1994-2005-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məкtəbini bitirmişdir. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun kapitanı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Quliyev oktyabrın 4-də Talış döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rəşad Quliyev ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni , "Vətən uğrunda", "Igidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

 

 

 

Keçidlər