Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov şəhid Elvin Şükürlünün il mərasimdə iştirak edib

22 yanvar 2022 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 22 yanvar 2022-ci il tarixdə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan şəhid Şükürlü Elvin Azad oğlunun Bakı şəhərində keçirilən il mərasimdə iştirak edib. Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilmiş, ruhuna dualar oxunmuş, şəhidin döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin!

 

 

 

 

 

 

Keçidlər