Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda növbəti suvarma mövsümünə hazırlıq işləri davam edir

25 yanvar 2022 | 16:00

Əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Bu məqsədlə Cəlilabad rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Tədbirlər planına uyğun olaraq, ötən il kanalların lildən təmizlənməsi 100 faiz yerinə yetirilib. 24 nömrəli nasos stansiyasının mexaniki kanalında 500 metr betonlama işləri görülüb.Bundan başqa, cari təmir planında 27 ədəd hidrotexniki qurğu, 2 ədəd nasos stansiyası təmir olunub.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cənub Muğan kanalı vasitəsi ilə rayona verilən suvarma suyunun mövcud vəziyyəti ilə yerində tanış oldu. RİH başçısı suvarma suyundan səmərəli istifadə məqsədi ilə aidiyyətı şəxslərlə birgə məsləhətləşmələr aparıb, suvarma dövründə suyun ədalətli bölgüsü barədə tövsiyələr verib.
Qeyd edək ki, Cəlilabad Suvarma Sistemləri İdarəsinin balansında 11310 hektar suvarılan sahə mövcuddur. Bu sahələrin 7083 hektarı taxıl, 1150 hektarı üzüm, 738 hektarı yem bitkiləri, 150 hektarı pambıq, 220 hektarı həyətyanı sahə, 1969 hektarı isə meyvə tərəvəz və bostan bitkilərindən ibarətdir. Ötən 2021-ci ildə 11310 hektar sahədə 2,2 dəfə olmaqla, ümumilikdə, 24882 hektar sahənin suvarılması aparılıb.

 

 

 

 

 

 

 

 

 

Keçidlər