Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov məktəbin təlim-tədris prosesi ilə maraqlanıb

27 yanvar 2022 | 16:00

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə olmuş, məktəbin təlim-tədris prosesləri ilə maraqlanmışdır.Görüş zamanı Rafiq Cəlilov məktəbin müəllimləri ilə görüşmüş, sinif otaqları, idman zalı, laboratoriya və yeməkxanasına baxış keçirmişdir. Rafiq Cəlilov  məktəbdə fəaliyyət göstərən peşə təmayüllü sinfin fəaliyyəti və əl işləri ilə tanış olmuşdur.

STEAM dərslərində 3D printerindən istifadə qaydası ilə tanış olan RİH başçısı eyni zamanda məktəbin tarix müəllimi Könül Kərimovanın IXa sinfində “Azərbaycan tarixi” fənnindən “Milli partiya və təşkilatların yaranması” mövzusunda  keçirilən açıq  dərsdə iştirak edib. Dərsin sonunda şagirdlərə biliklərini daha da artırmaq üçün bədii ədəbiyyatlardan geniş istifadə etmələrini tövsiyə edərək onlara gələcək həyatlarında uğurlar arzu edib. RİH-nin başçısı  tərəfindən açıq dərsdə iştirak edən müəllim və şagirdlərə hədiyyələr verilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər