Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Ocaqlı kəndində şəhid ailəsinə baş çəkib

01 fevral 2022 | 16:00

Fevralın 1-də Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Ocaqlı kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhid olmuş Səyyad Ağahüseynlinin ailəsinə baş çəkib. Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı vermiş, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin qəhrəmanlıqlarından  bəhs etmişdir.  Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Səyyadın  həyatı, döyüş yolu barədə söhbət açılmışdır.  

Səyyad Əliyar oğlu Ağahüseynli 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində dünyaya göz açıb, orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlananda təcrübəli əsgər kimi döyüş meydanına atılan Səyyad qısa müddət ərzində Vətən uğrunda savaş qəhrəmanlarımızdan biri kimi tanınıb.  O, işğal altındakı torpaqların azad olunması uğrunda gedən ağır döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində yaxından iştirak edib. Qəhrəman əsgərimiz oktyabrın 20-də Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Vətən müharibəsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" , "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

 

 

 

Keçidlər