Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Cəlilabad rayon təşkilatı sədrinin rayon ictimaiyyətinin nümayəndələrinə təqdimatı olub

10 fevral 2022 | 16:00

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri vəzifəsinə təyin edilmiş Mirxaslı Mirsüleyman Mirismayıl oğlunun rayon təşkilatına sədr təyin olunması münasibətilə  rayon ictimaiyyətinin nümayəndələrinə təqdimat mərasimi keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, təşkilatının ərazi ilk partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra  əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, müstəqil Azərbaycanın siyasi həyatında ən böyük və aparıcı siyasi qüvvə olan YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi qarşısında xidmətləri haqqında geniş məruzə ilə çıxış etmişdir. RİH başçısı bildirmişdir ki, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Mirxaslı Mirsüleyman Mirismayıl oğluna böyük etimad göstərilərək YAP Cəlilabad rayon təşkilatına yenidən sədr  təyin edilib. Bu təyinat həm də Mirsüleyman müəllimə verilən qiymətdir. Natiq bu münasibətlə Mirsüleyman Mirxaslını  təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mirsüleyman Mirxaslı ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə dərin minnətdarlığını bildirib. O, vurğulayıb ki, YAP Cəlilabad rayon təşkilatının üzvləri Azərbaycan dövlətçiliyinin qorunmasında, Vətənimizin hərtərəfli inkişafı naminə aparılan işlərdə daim Heydər Əliyev siyasətinə sadiq qalacaq və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri-cənab İlham Əliyevə dəstək olacaqlar.

Çıxış edənlər  YAP rayon təşkilatının formalaşmasında və inkişafında  böyük əməyi olan Mirsüleyman Mirxaslını təbrik edərək bundan sonrakı fəaliyyətində ona uğurlar arzu etmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər