Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

12 fevral 2022 | 16:00

Fevralın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10 illik yubileyi münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Vüsal Həsənov, şöbənin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhərin mərkəzindəki parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər.

Rafiq Cəlilov Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında SHXÇDX-nin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər