Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov şəhid Rəfail İşiyevin ailəsinə baş çəkib

18 fevral 2022 | 16:00

Fevralın 18-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhid olmuş Rəfail İşiyevin ailəsinə baş çəkib. Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı vermiş, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından  bəhs etmişdir. 

Görüşdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Rəfail İşiyevin  həyatı, döyüş yolu barədə söhbət açılmışdır.  

Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad şəhərində müəllim ailəsində anadan olub. 1996-cı ildə Cəlilabad şəhər 8 saylı məktəbi bitirib və hərbi xidmətə yollanıb. Rəfail ömrünün 16 ilini orduda keçirib. PDM (BMP) mütəxəssisi olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Rəfail peşəkarlığına görə bir neçə dəfə hərbi paradlarda iştirak edib, medallarla təltif edilib. Rəfail Əhmədağa oğlu İşiyev hərbi xidməti dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.

Rəfail İşiyev Vətən müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərdə onun idarə etdiyi BMP vurulub. Yaralanandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılıb. Yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. Rəfailin texnikası ikinci dəfə də vurulub və özü də növbəti dəfə yaralanıb. Buna baxmayaraq bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP ilə döyüşlərə qatılıraq düşmənə qan uddurub. Son döyüşü isə Xocavənd istiqamətində olub. Təcrübəli mütəxəssis 3 noyabrda şəhidlik zirvəsinə ucalıb və Cəlilabad şəhər qəbiristanlığında dəfn olunub.

Şəhidimiz Vətən müharibəsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif edilib. Allah rəhmət etsin.

 

 

 

 

 

 

 

Keçidlər