Cəlilabad rayonunda icra edilməsi nəzərdə tutulmuş “Freeze Dry” layihəsi KOB “İnvestisiya Platformasın”da yerləşdirilmişdir
23 fevral 2022-ci il tarixdə Cəlilabad rayonunda icra edilməsi nəzərdə tutulmuş “Freeze Dry” layihəsi KOB “İnvestisiya Platformasın”da ilklərin sırasında yerləşdirilmişdir.
“Freeze Dry” donduraraq qurutma metodudur. Liyofilizasiya da adlana bilir. Suyu məhsuldan çıxararaq, sonradan donduraraq vakum altında çox aşağı temperaturda qurudaraq bioloji materialın qorunması prosesidir və ixracyönlü qida sənayesi növüdür. “Freeze Dry” metodu ilə qurudulan məhsulların qida dəyəri demək olar ki, yeni məhsulla eyni qalır və su aktivasiyası minimum olduğundan ömrü 25 ildir. Məhsul kraker kimi his verir, qırılğandır və bu səbəbdən xalq arasında meyvə cipsi olarak bilinir.
Aşağıdakı link vasitəsi ilə layihə haqqında məlumat əldə etmək olar :
https://invest.smb.gov.az/projects/details/KOB2022IN6278