Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Kazımabad kəndində səyyar görüş - qəbul keçirmişdir

02 mart 2022 | 16:00

2 mart 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq səyyar görüş - qəbulu rayonun Kazımabad kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov  çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Görüşdə Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətən Müharibəsində tarix yazan qəhrəman əsgər və zabitlərimizin Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini bildirmişdir.

Görüşdə kənd sakinləri kəndin pay torpaq sahəsinin zəbt edilməsi, kəndin yeni yaşayış massivindəki 137 fərdi yaşayış evinə təbii qaz xətinin çəkilməsi, elektrik dirək və naqillərinin yeniləri əvəz edilməsi, kənddə körpələr evi-uşaq bağçasının tikilməsi və digər məsələlər barədə müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan bəzi məsələlərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

 

 

 

 

Keçidlər