Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

05 mart 2022 | 16:00

Martın 5-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov xanımları əlamətdar gün münasibətilə təbrik edib. RIH başçısı öz çıxışında Azərbaycan qadınının respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini, vətənin yüksəlişində daim fədakarlıq nümayiş etdirməklə müqəddəs bir missiyanı həyata keçirdiyini və Vətən müharibəsi zamanı yüksək nümunə nümayiş etdirdiyini vurğulayıb.

Rayon rəhbəri  bildirib ki, Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır, sosial-iqtisadi və mədəni həyatda aparılan işin böyük hissəsi onların üzərinə düşür. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, şəhid xanımları və şəhid bacıları da var. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da xidmətini unutmayacaq, onları daim yad edəcək.

Natiq ulu öndər Heydər Əliyevin Azərbaycan qadınları haqqında söylədiyi fikri tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Bu gün Azərbaycan qadını cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatında yaxından iştirak edirlər.

Tədbirdə çıxış edənlər öz növbəsində qadınları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan qadınının cəmiyyətdəki fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən, gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan bəhs ediblər.

Daha sonra xanımlara qiymətli mükafatlar təqdim olunmuşdur.

Tədbirin sonunda Cəlilabad rayon Mədəniyyət Mərkəzinin və uşaq özfəaliyyət kollektivlərinin hazırladıqları konsert proqramı nümayiş etdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər