Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Avropa Çempionatının gümüş medalçısı Ziya Babaşov və məşqçiləri ilə görüşüb

18 mart 2022 | 16:00

 

Görüşdə Cəlilabad RİH-nin başçısı Rafiq Cəlilov  ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Gənclərimizin fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayan Rafiq Cəlilov idmançının əldə etdiyi nailiyyət münasibətilə təbrik edib və uğurlarının davamlı olacağına əminliyini bildirib.

Ölkəmizin dünyanın aparıcı idman dövlətləri sırasında olduğunu qeyd edən icra başçısı bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də nailiyyətlər əldə edildiyini, qazanılan müvəffəqiyyətlərin məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının, dövlət dəstəyinin göstəricisi olduğunu xüsusi vurğulayıb.

Güləşçi Ziya Babaşov idmanda qazandığı yüksək nailiyyətlərə görə rayon icra hakimiyyəti başçısı Rafiq Cəlilovun sərəncamı ilə Fəxri Fərmanla təltif edilmişdir.

Sonda xatirə şəkli çəkilib.

 

 

 

 

 

 

 

Keçidlər