Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilovun sədrliyi ilə rayon ərazisində əkin sahələrinin suvarılması, kartofun istehsalı və ixracı ilə bağlı iclas keçirilmişdir
Keçirilən iclasda rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov, Cəlilabad Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Suvarma Sistemləri İdarəsinin rəisi Mirhəsən Nəsirov, Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Arif Həsənov, Suvarma Sistemləri İdarəsinin mütəxəssisi Rafiq Allahverdiyev, Suvarma Sistemləri İdarəsinin sahə rəisi Faiq Əsgərov, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin rəisi polkovnik-leytenant Asif İmanov, rayon icra hakimiyyəti başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Niyaməddin Şəfayətli, Göytəpə bələdiyyəsinin sədri İlqar Həsənov, Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Razzaq Həsənov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin koordinatoru Aqil Qurbanov, sahibkarlar Xanlar Mirzəyev, Elman Qurbanov və Aləddin Məmiyev iştirak edib.
Rafiq Cəlilov rayon ərazisində əkin sahələrinin suvarılması sahəsində mövcud olan problemlər və görüləcək işlər barədə ətraflı çıxış edərək rayonun suvarma sistemi qurğularından səmərəli istifadə edilməsi, avadanlıqların təmir edilməsi və bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması üçün tapşırıqlar verib.
RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verərək, Cəlilabad rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri olan kartofçuluq sahəsində görülən işlərin vacibliyini, rayon üzrə 5500 hektar kartof sahəsindən 160 min tondan çox kartof istehsalına nail olmasının proqnozlaşdırılmasını qeyd etmişdir.
İstehsal edilmiş kartofun Rusiya, Qazaxıstan və digər ölkələrə ixrac edilməsi, bu sahədə istehsalçıların məmnunluğunun təmin edilməsi məqsədi ilə ətraflı müzakirələr aparılmış və əməli tədbirlərin görülməsi ilə bağlı göstərişlər verilmişdir.
Eyni zamanda iclasda kartofçuluğun perspektiv inkişaf strategiyasıda müzakirə olunmuşdur.