Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Aprel döyüşlərində qazanılan qələbənin ildönümü qeyd olundu

04 aprel 2022 | 16:00

Aprelin 4-də Cəlilabad rayon  Heydər Əliyev Mərkəzində Aprel döyüşlərində qazanılan qələbənin ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, aprel döyüşlərinin iştirakçısı olan hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi. Natiq  qeyd edib ki, Azərbaycan əsgəri əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirərək düşmənin layiqli dərsini verib. Azərbaycan Ordusunun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi Cəlilabad rayon sakinlərinin də böyük ruh yüksəkliyinə səbəb olub.

Görüşdə çıxış edən Aprel döyüşlərinin iştirakçıları əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan və döyüş xatirələrindən danışmışlar.

Çıxış edənlər ötən illər ərzində həmin döyüşlərin iştirakçılarına, o cümlədən bütün şəhid ailələrinə və döyüşlərdə yaralanan hərbi qulluqçulara ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğının göstərildiyini qeyd edərək Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər.

2016-cı ilin Aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirmiş hərbçilərə minnətdarlıq bildirilib.

Tədbirdə  Aprel döyüşləri haqqında qısametrajlı film nümayiş etdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər