Rafiq Cəlilovun növbəti səyyar görüş-qəbulu Uzuntəpə kəndində keçirilmişdir
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Uzuntəpə kəndində səyyar görüş-qəbul keçirib. Görüşdə Uzuntəpə kəndinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar Uzuntəpə kəndindəki ümumtəhsil müəssisələrinin yenidən inşa edilməsi və əsaslı təmir olunmasını, kənddə körpələr evi-uşaq bağçasının inşa edilməsini, kəndə içməli su xəttinin çəkilməsini, elektrik təsərrüfatının yenilənməsini və kənddaxili yolların təmiri kimi məsələləri gündəmə gətiriblər.
Sakinləri fərdi qaydada dinləyən Rafiq Cəlilov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.