Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr-Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir

28 oktyabr 2025 | 16:38

Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “44 günlük Vətən müharibəsindəki şanlı qələbədən beş il ötür” mövzusunda dəyirmi masa keçirilmişdir.   

Tədbirdə rayon icra hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəliyinin əməkdaşları, ADPU-nun Cəlilabad filialının və Cəlilabad Tibb Kollecinin tələbə və müəllimləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər. 

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfərindən, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın şücaətindən danışıblar.

Tədbir iştirakçıları xalqımızın birliyi, dövlətimizin gücü və şəhidlərimizin əziz xatirəsinə olan ehtiramın daim uca tutulacağını vurğulayıblar.

Keçidlər