Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

07 mart 2023 | 15:32

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai-siyasi sahədə xidmətləri ilə seçilən qadınlar iştirak ediblər.

Tədbir başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Daha sonra Vətən müharibəsinin yeganə şəhid xanımı Arəstə Baxışovanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün qadınları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Rafiq Cəlilov bildirib ki, Azərbaycan qadınları daim cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olub. 8 Mart - Beynəlxalq Qadınlar Günü dünyada qadınlara sevgi və hörmətin rəmzinə çevrilib. Şərqdə ilk dəfə, hətta Avropa ölkələrinin əksəriyyətindən əvvəl qadınların səsvermə hüququnu tanımış ölkə kimi Azərbaycanda gender siyasəti, qadınların ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı əsas prioritetlərdən biridir.

RİH başçısı vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan qadınlarına həmişə yüksək qiymət verib. Ulu Öndərin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunur.

Rafiq Cəlilov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Tədbirdə çıxış edənlər öz növbəsində qadınları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan qadınının cəmiyyətdəki fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən, gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan bəhs ediblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və gül dəstələri təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər