Şriftin ölçüsü :

Saytın rəngi :

Ağıllı işıqlandırma sistemi ilə təchiz olunan küçələr sakinlərin istifadəsinə verilib

29 dekabr 2022 | 10:45

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq ölkəmizin bütün yerlərində olduğu kimi Cəlilabad rayonunda da həyata keçirilən genişmiqyaslı  abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Hazırda Cəlilabad və Göytəpə şəhərlərinin küçə və prospektləri  ağıllı işıqlandırma sistemi ilə təchiz olunur. Artıq Cəlilabad şəhərində Heydər Əliyev Seyrəngahı, Zərifə Əliyeva, 20 Yanvar, Səməd Vurğun, İsmayıl Şıxlı, Qarabağ, Arif Qubadov, Röyal Nəsirov, Məhəmməd Füzuli, Mehdi Hüseynzadə və Qurtuluş küçələrində ağıllı işıqlandırma sisteminin quraşdırılması işləri tamamlanmış və sakinlərin istifadəsinə verilmişdir. Qeyd edək ki, abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər