Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Cəlilabad rayonunda vətəndaş qəbulu keçirib
05 dekabr 2025 | 14:07
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova şəhər mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.






