Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib

28 aprel 2022 | 20:34

Aprelin 28-də Akademik Zərifə xanım Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbdə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri  iştirak edib.

Tədbir iştirakçıları ilk olaraq Zərifə xanımın adını daşıyan məktəbdə ucaldılmış görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra tədbir məktəbin iclas zalında davam edib, ilk olaraq Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında hazırlanmış sənədli film izlənilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair böyük araşdırmalar aparmışdır. Zərifə xanım, eyni zamanda yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.

Çıxışlarda bildirilib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər