Alar kəndi ərazisində taxıl sahəsində “ot-taxıl yığım kompaniyası dövründə” yanğın təhlükəsizliyi başlığı altında tədbir keçirilib
16 iyun 2022-ci il tarixdə Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Cəlilabad rayonu Alar kəndi ərazisində taxıl sahəsində “ ot-taxıl yığım kompaniyası dövründə” yanğın təhlükəsizliyi başlığı altında tədbir keçirilib. Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Vaqif İbrahimov, Xidmətin DYNİTŞ-nin rəisi daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, DAİM-nin işçiləri, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, Bələdiyyə sədirləri, ayrı-ayrı fermer təsərrüfatı sahibləri, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları və Cənub regional DYNİ-nin rəis müavini daxili xidmət polkovnik-leytenantı Elnur Rəsulov, DYNŞ-nin rəisi daxili xidmət polkovnik-leytenantı Samir Kərimov və DYNŞ-nin əməkdaşları iştirak etdilər. Tədbirdə Xidmətin rəis müavini daxili xidmət polkovniki Vaqif İbrahimov, Xidmətin DYNİTŞ-nin rəisi daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev və Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev ot-taxıl yığım kompaniyası dövründə yanğın təhlükəsizliyi mövzusunda geniş çıxış etdilər. Cənub regional DYNİ-nin DYNŞ-nin rəisi daxili xidmət polkovnik-leytenantı Samir Kərimov tərəfindən tədbir iştirakçıları ilkin yanğınsöndürən alət və avadanlıqlardan istifadə qaydaları barədə təlimatlandırılaraq xüsusi jurnalda qeydlər aparıldı.