Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan millisi Ermənistana qalib gəldi

27 iyul 2022 | 10:00

San Marinoda gənclər arasında təşkil olunmuş Avropa Çempionatının “C” divizionunda 18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası B qrupunda üçüncü görüşünə çıxıb.

Ermənistan seçməsi ilə qarşılaşan Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi və 3 cəlilabadlı idmançının da yer aldığı (Azər Əzimov, Varid Ağasızadə, Hüseyn Əsgərli) Azərbaycan yığması ermənilər üzərində qələbə qazandı. Azərbaycan millisi görüşə üstün başlayıb və yekunda rəqibini 76-65 hesabı ilə məğlub edərək parketdən qələbə ilə ayrılıb.

Bu qələbədən sonra milli komanda turnirin yarımfinalına vəsiqə qazanıb.

Azərbaycan millisinin qrupdakı sonuncu rəqibi Moldova komandası olacaq. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14.30-da start götürəcək.

Keçidlər