Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2023-cü il tarixli 2424, 2425 və 2426 nömrəli fərmanlarından irəli gələn məsələlərin icrası ilə bağlı müşavirə keçirilmişdir

03 oktyabr 2024 | 17:18

Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Rayon Statistika idarəsinin rəisi Arif Nəcəfov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev, inzibati ərazi dairəsi üzrə nümayəndələr, mühasiblər və bələdiyyə sədrləri iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə başçının birinci müavini Qalib Xudaverdiyev açaraq 26 dekabr 2023-cü il tarixli 2424 nömrəli fərmanın 14-cü yarımbəndində yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşdirilən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlərin görülməsi, 26 dekabr 2023-cü il tarixli 2425 nömrəli fərmanın 6-cı yarımbəndində  dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin edilməsi və 26 dekabr 2023-cü il tarixli 2426 nömrəli fərmanın 6-cı yarımbəndində isə büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlərin görülməsi barədə tapşırıqların verildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

Qalib Xudaverdiyev müşavirə iştirakçılarına, qurumların rəhbərlərinə, onların mühasiblərinə fəaliyyətləri dövründə maliyyə intizamına diqqət yetirmələrini, fərman və sərəncamların icrasını vaxtında yerinə yetirmələrini tapşırmışdır.

Müşavirənin sonunda mövzu ilə bağlı interaktiv müzakirələr aparılmışdır.

Keçidlər