“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində “Mediasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi” mövzusunda görüş keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova Dövlət Proqramı haqqında geniş məlumat verərək Dövlət Proqramının həyata keçirilməsinin hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri haqqında məlumat verib.
Daha sonra Lənkəran 1 saylı Mediasiya təşkilatının direktoru Ramin Şükürov çıxış edərək hazırda Cəlilabad rayonunda Mediasya fəaliyyətinin vəziyyəti barədə məlumat verərək, fəaliyyətin daha da genişləndirilməsinin və mediasiyanın təşviqinin zəruri olduğunu bildirmişdir.
Çıxış edənlər Cəlilabad rayonunda mediasiyanın mövcud vəziyyəti, mediasiya fəaliyyətinin təşkili və genişləndirilməsi, əhalinin mediasiya xidmətlər haqqında məlumatlılığının artırılması istiqamətində görülmüş işlər, həyata keçirilən layihələr haqqında danışmışlar.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, mediasiya sahəsində maarifləndirmənin genişləndirilməsi, ərazilərdə vətəndaşlarla görüşlərin təşkil edilməsi, məlumatlandırıcı bukletlərin paylanması barədə müzakirə aparılmışdır.