Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Cəlilabad rayonunu təmsil edəcək uşaqlara iştirakçı vərəqələri təqdim edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Cəlilabad rayonunu təmsil edəcək uşaqlarla rayon icra hakimiyyətində görüş keçirilib, onlara iştirakçı vərəqələri təqdim edilib.
Forumda rayonumuzu Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri Məmmədli Nuray Əfqan qızı və Bəhməmli Xanoğlan Habil oğlu təmsil edəcəklər.