Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Azər Məmmədovun ailəsi ziyarət olunub

28 avqust 2025 | 17:35

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 1992-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşən şəhid Məmmədov Azər Xeyrulla oğlunun ailəsini ziyarət edib.

RİH başçısı Rafiq Cəlilov hər bir şəhid ailəsinin dövlətin, dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Həmçinin Birinci Qarabağ müharibəsində Şəhid və qazi olanlar Vətən müharibəsində canlarını Vətən uğrunda qurban verən gənclər üçün böyük nümunə olduğunu qeyd etmişdir. 

Ziyarət zamanı ailənin qayğı və problemləri dinlənilib, qəhrəman oğullarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı diqqətə çatdırılıb, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb.

Şəhid anası Surə Məmmədova dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirmiş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.   

Keçidlər