Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin təşviqi ilə əlaqədar maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.8.7-ci (bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin olunması) istiqamətində təşviqat işlərinin aparılması barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzində maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Yasər Muradov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev və fermerlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən Rahib Kərimov çıxış edərək bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların saxlanılması və istifadəsi ilə bağlı qaydalara əməl olunmasından və təsərrüfatlarda tətbiq olunan mütərəqqi texnologiyaların və aqrotexniki qaydalardan istifadəsinin həyata keçirilməsindən söz açıb.
Tədbirdə çıxış edən aidiyyəti qurumların əməkdaşları tərəfindən bu sahədə qəbul olunmuş qanunun müddəaları bərədə geniş və ətraflı məlumat verilib. Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə ilə bağlı maarifləndirici çıxışlar olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və ümumi müzakirələr aparılmışdır.






