Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi veteranı ziyarət edilib

09 may 2025 | 19:58

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. İllər keçdikcə onların sıraları azalır. Hazırda Cəlilabad rayonunda bir nəfər İkinci Dünya müharibəsi iştirakçısı 102 yaşlı Zamanov Əbiş İbiş oğlu yaşayır.

Respublikamızın hər yerində olduğu kimi Cəlilabad rayonunda da müharibə veteranları daim diqqət və qayğı ilə əhatə olunublar. Faşizm üzərində tarixi Qələbənin 80-ci ildönümü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları mayın 9-da Əbiş Zamanovu evində ziyarət ediblər. 

Veteran müharibə illərində şahidi olduqları məhrumiyyət və çətinliklərdən, keçdiyi döyüş yolundan xatirələr danışıb.

Görüşdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra hər il 9 May Azərbaycanda dövlət səviyyəsində qeyd edilir və müharibə veteranlarına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Veteran döyüşçü və ailə üzvləri müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. 

 

Keçidlər