Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək “COP29” sammiti ilə bağlı Cəlilabad rayonunda görüləcək işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir

03 oktyabr 2024 | 17:20

Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Rayon Statistika idarəsinin rəisi Arif Nəcəfov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev, inzibati ərazi dairəsi üzrə nümayəndələr, mühasiblər və bələdiyyə sədrləri iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə başçının birinci müavini Qalib Xudaverdiyev açaraq cari ilin noyabr ayında Bakı şəhərində “COP29” sammitinin keçiriləcəyini və tədbir günlərində 70-80 min xarici qonağın Bakı, Sumqayıt, Gəncə, habelə cənub regionu və digər bölgələrə gəlişinin gözlənildiyini bildirmişdir. 

Qalib Xudaverdiyev eyni zamanda “COP29” sammiti ilə bağlı 1 oktyabr 2024-cü il tarixdən ölkəmizdə “İqlim aylığı” elan olunduğunu, bu müddət ərzində fəaliyyətləri zamanı atmosfer havasına tullantı atan müəssisələrdə qaz-toz tutucu qurğuların işlək vəziyyətə gətirilməsi, əhali arasında maarifləndirmə işlərinin aparılması, mülkiyyətində olan ərazilərdə tullantıların, quru otların və xəzəllərin yandırılmaması, mövcud olan bərk məşiət tullantı poliqonlarında yanma, tüstüləmə hallarına yol verilməməsi məqsədilə aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdir.

Müşavirənin sonunda mövzu ilə bağlı interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər