Şriftin ölçüsü :

Saytın rəngi :

Cari tədris ilində rayonda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması və marifləndirilməsi işinin aparılması ilə bağlı iclas keçirilmişdir

19 noyabr 2024 | 17:00

19 noyabr 2024-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Qalib Xudaverdiyevin, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Mülki müdafiə idarəsinin rəisi, mayor Elmin İsmayılovun, Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöəsinin rəis müavini, mayor Ramil Məcidovun, Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, kapitan Elşən Ələkbərovun, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak ilə iclas keçirilmişdir.

Komissiyanın sədri Qalib Xudaverdiyev iclası açıq elan edərək rayonda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, marifləndirilməsi işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2025-ci tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi barədə məlumat vermişdir.

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, kapitan Elşən Ələkbərov il ərzində mülki müdafiə üzrə görülən işlər barədə, nöqsanların aradan qaldırılması və 2025-ci tədris ilində mülki müdafiə işinin təşkilinə dair tapşırıqlar barədə ətraflı çıxış etmişdir.

İclasın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və ümumi müzakirələr aparılmışdır.

Keçidlər