Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərxanlı kəndində səyyar qəbul-görüş keçirilib

01 iyun 2022 | 18:37

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun rayonun Cəfərxanlı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qələbəsi ilə nəticələnən Vətən müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan və  rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Sonra icra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki, xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla  müraciət imkanı əldə edə bilərlər.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər