Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir

29 dekabr 2025 | 15:39
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol oynadıqlarını vurğulamışdır. Səmimi şəraitdə keçən görüşdə rayon üzrə görülən işlər, həyata keçirilən sosial-iqtisadi layihələr, eləcə də icra hakimiyyəti ilə media qurumları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Televiziya və media işçiləri onları maraqlandıran suallarla çıxış etmiş, qarşılıqlı müzakirələr zamanı bir sıra təkliflər səsləndirilmişdir. Görüşün sonunda media nümayəndələrinin fəaliyyətinə yüksək qiymət verilmiş, iştirakçılara hədiyyələr təqdim olunmuşdur.
Keçidlər