Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində mövcud olan problemlər və bələdiyyələrin iş fəaliyyəti ilə əlaqədar müşavirə keçirilib

22 noyabr 2023 | 14:30

22 noyabr 2023-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində mövcud olan problemlər və bələdiyyələrin iş fəaliyyəti ilə əlaqədar rayon icra hakimiyyətinin akt zalında müşavirə keçirilib.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, aidiyyəti idarə-təşkilat rəhbərləri,  rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, rayonda görülmüş işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqlar barəsində danışmışdır. Eyni zamanda müşavirənin gündəliyində olan məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.  Belə ki, vətəndaş müraciətinə həssaslıqla yanaşılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin güncləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması və bu barədə rayon icra hakimiyyətinə dərhal məlumatın verilməsi, ərazilərdə qanunsuz torpaq daşınmalarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi, sosial işçilərin işə davamiyyətinə ciddi nəzarət edilməsi və tabel kitablarının tərtib olunması, şəhid ailələri və müharibə əlillərinin müraciətlərinə diqqətlə yanaşılması, nümayəndəliklərdə ağacəkmə aksiyalarının keçirilməsi, bələdiyyə mülkiyyətində olan torpaqlarda dövlət rüsumlarına, icarə haqqlarına və hərrac qiymətlərinə yenidən baxılması, bələdiyyə mülkiyyətində olan torpaqların özbaşına zəbt edilməsi halları ilə bağlı ƏMDX-nın Cəlilabad ərazi şöbəsinin mütəxəssisləri ilə aparılan monitorinq zamanı birgə tərtib olunan aktların surətinin rayon icra hakimiyyətinə təqdim olunması, dürüstləşmə prosesi aparılmamış ərazilərdə torpaq üzərində yaranmış vətəndaş mübahisələrinin qanunamüvafiq qaydada həll olunması, bələdiyyə mülkiyyətində olan torpaqların zəbtdən azad edilməsi, bələdiyyələr tərəfindən həmkarlar ittifaqına vəsait köçürülməsi və islahat vaxtı yaranmış problemlərin həlli üçün işlərin görülməsi barəsində müşavirə iştirakçılarına öz tövsiyə və tapşırıqlarını vermişdir.

Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev və başçının müavini Nazim Şükürov çıxış edərək bu məsələlərə diqqətin artırılmasının vacibliyindən, bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericilikdəki yeniliklərdən, yerli vergilərin toplanmasının artırılması ilə bağlı görülən tədbirlərdən, bələdiyyələrin qarşısında duran əsas vəzifələr barəsində danışıblar.

Gündəlikdə olan məsələrlə bağlı müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və ətraflı izah verilib.

Sonda 22 iyun 2023-cü il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Qulluğunda səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyəti başçısının Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əzizov Əlizamin Qoca oğluna “Tərəqqi” medalı təqdim olunmuşdur. 

Keçidlər