Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində mövcud olan problemlər və bələdiyyələrin iş fəaliyyəti ilə əlaqədar müşavirə keçirilmişdir

05 aprel 2024 | 18:56

05 aprel 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində mövcud olan problemlər və bələdiyyələrin iş fəaliyyəti ilə əlaqədar rayon icra hakimiyyətinin akt zalında müşavirə keçirilmişdir.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul işçiləri, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, rayonda görülmüş işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqlar barəsində danışmışdır. Eyni zamanda müşavirənin gündəliyində olan məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.  Belə ki, vətəndaş müraciətinə həssaslıqla yanaşılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin güncləndirilməsi, bələdiyyə mülkiyyətində olan torpaqlarda dövlət rüsumlarına, icarə haqqlarına və hərrac qiymətlərinə yenidən baxılması, bələdiyyə mülkiyyətində olan torpaqların zəbtdən azad edilməsi barəsində müşavirə iştirakçılarına öz tövsiyə və tapşırıqlarını vermişdir.

Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Vahid Mirzəyev və Cəlilabad bələdiyyələri əlaqələndirmə şurasının sədri Əmrah Quliyev  çıxış edərək bu məsələlərə diqqətin artırılmasının vacibliyindən, bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericilikdəki yeniliklərdən, yerli vergilərin toplanmasının artırılması ilə bağlı görülən tədbirlərdən, bələdiyyələrin qarşısında duran əsas vəzifələr barəsində danışıblar.

Keçidlər