Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən mərhələli şəkildə Türkiyəyə modul tipli evlər göndərilir
17 fevral 2023 | 17:55
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilməsi davam edir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir.
Bu məqsədlə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində sifariş olunmuş modul tipli müasir evlər hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün zəruri şərait yaradılıb.