Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın nöbbəti iclası keçirildi
İctimai Şuranın sədri Nadir Babayev iclası açıq elan edərək, gündəlikdə dayanan məsələlər barədə fikirlərini bildirib və təkliflərini səsləndirib. Şura sədri ötən müddət ərzində görülən işlər barədə məlumat verərək ictimai şuraların üzərinə mühüm vəzifələrin düşüdüyünü bir daha vurğulamışdır. Fəaliyyətimiz dövründə Cəlilabad Rayon İcra Hakimiyyəti qanunvericiliyə uyğun olaraq şuranın səmərəli fəlaiyyətinə davamlı olaraq dəstək göstərib, fəaliyyətimiz üçün zəruri şərait yaradıb deyərək şura sədri qeyd edib. Şuranın sədr müavini Meyxoş Abdulla şura üzvləri Ədalət Əsgərov, Mirağa Əsgərov, Bəhruz Fərəcov və Vüqar Fərəcov iclasda iştirak edərək vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, erkən nikah, ailə dəyərlərinin təbliği ilə bağlı maarifləndirici görüşlərin keçirilməsi, həmçinin ictimai şura ilə QHT əməkdaşlığının vacibliyini vurğulamışlar.