Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilmişdir.
Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının birinci müavini Qalib Xudaverdiyev, rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Ramil Əmənov və Şuranın üzvləri iştirak etmişdir.
İlk öncə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək yeni seçilmiş üzvləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb və hər bir üzvü fəal şəkildə fəaliyyət göstərməyə çağırıb, həmçinin qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsinin vacib olduğunu bildirib.
Eyni zamanda Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə zəruri məlumatların əldə edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması baxımından görüşün əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra İctimai Şuranın sədri Ramil Əmənov çıxış edərək ona göstərilən etimada görə yeni seçilmiş tərkibə təşəkkürünü bildirmişdir. Sədr qarşıya qoyulmuş vəzifələr və onların icrası üçün hazırlanmış fəaliyyət planı haqqında geniş məlumat vermişdir.
Sonda İctimai Şura üzvləri ilə fəaliyyət planına uyğun müzakirələr aparılmış, təkliflər dəyərləndirilmiş və şura üzvlərinə yeni vəsiqələr təqdim olunmuşdur.