Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyətində Məhərrəmlik ayı ərzində dini mərasimlərinin təşkili ilə bağlı iclas keçirilib

05 iyul 2024 | 17:18

Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən iclasda Məhərrəmlik, Aşura və digər dini mərasimlərin keçirilməsi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, RİH tərəfindən yaradılmış Qərargah üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Cavidan Rəşidov, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və dindarlar iştirak ediblər.                                                
İclasda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təməlini qoyan Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğısını, Ulu Öndər Heydər Əliyevin başlatdığı ali mənəviyyat yolunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etdirilməsini qürurla vurğulamışdır. Həmçinin Məhərrəmlik ayı ilə bağlı tədbirlərin mövcud qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.

Cəlilabad şəhər “Cümə” məscidinin imam müavini Mikayıl Mirzəyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş  məsləhətçisi Cavidan Rəşidov çıxış edərək məhərrəmlik mərasimlərində hər kəsə tələblərə ciddi riayət etməyi tövsiyə edərək, zəncir vurub baş yarmağın, bədənə əziyyət verməyin dində bəyənilmədiyini və bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist hərəkət olduğunu bildirmişlər. Çıxışlarda məhərrəmlik təziyəsinin islami dəyərlərə uyğun keçirilməsi ilə bağlı müsbət fikirlər səsləndirilib, mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər