Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirilmişdir

12 mart 2025 | 16:41

12 mart 2025-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin akt zalında növbəti müşavirə keçirilmişdir.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul işçiləri, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.

Müşavirədə 2024-cü il ərzində rayon icra hakimiyyətinə daxil olan müraciətlərin statistik təhlili və icra vəziyyəti, dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları, buna görə tətbiq edilmiş intizam tənbeh tədbirləri, erkən yaşda qurulan nigahların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməsi, qanunsuz inşa edilən obyektlər və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyətinin yekunu barədə müzakirələr aparılmışdır.

Keçidlər