Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

17 oktyabr 2025 | 17:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə 17 oktyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların qəbulu keçirildi.

Qəbulda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlər ilə bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıqlar verilmişdir.

 

Keçidlər