Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti ilə görüş keçirib
Kənd təsərrüfatı rayonu olan Cəlilabad ərazisində bu çətin mövsümdə həyata keçirilən yanğın təhlükəsizliyinin təmin olunmasında şəxsi heyətin hadisələrə reaksiyası və ardıcıllığı rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib. Rafiq Cəlilov qeyd edib ki, son illərdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başlayıb. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirilib, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilib. Bu gün yanğın təhlükəsizliyi orqanları ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda diqqət və qayğı ilə əhatə olunub, ölkəmizdə bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb. Daha sonra Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Şahin Cəfərov Cəlilabad rayonunda 2021 -2022-ci illərin müvafiq dövründə baş vermiş yanğın hadisələrinin statistikası, bundan sonra görüləcək tədbirlər və şəxsi heyətin hazırlığı barədə geniş məlumat verərək, onların əmək fəaliyyətinin rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyinə görə dərin minnətdarlığını bildirmişdir. Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tərəfindən yanğınsöndürənlərin kollektivinə fəxri fərman təqdim olunub.