Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində şəhid ailələrini ziyarət etmişdir
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində şəhid ailələrini ziyarət etmişdir. Rayon rəhbəri Rafiq Cəlilov şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmışdır.
Görüşdə qeyd olunub ki, bu gün dövlətimiz vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır və bu cəmiyyətimiz tərəfindən məmnunluq hissi ilə qarşılanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür.
Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
Eyni zamanda şəhid ailəsi qəhrəman övladlarının xatirələrini qonaqlarla bölüşmüş, onlara daim qayğı ilə yanaşan Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.